Muəllif:

İlqar Məmmədov barəsində apellyasiya şikayəti verilib

Həbsdə olan “REAL” hərəkatının sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə olan məhkəmə qərarından apellyasiya şikayəti verilib. Bu barədə vəkil Fuad Ağayev məlumat verib. F. Ağayev apellyasiya şikayətində həbs-qətimkan tədbirinin qanunsuz olduğu üçün ləğv olunması barədə tələb qoyulduğunu bildirib.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı CM 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T.Yaqublu və İ.Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117