Muəllif:

İki vətəndaşımız İnterpolun axtarışına verilib

Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol xətti ilə daha iki Azərbaycan vətəndaşı barəsində axtarış elan edib. Onlardan biri qadındır.
Trend xəbər verir ki, bu barədə İnterpol-un rəsmi internet səhifəsində məlumat yayılıb. Axtarışa verilənlərdən 58 yaşlı Xalidə Məlikova 1954-cü il oktyabrın 18-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində doğulub.
Məlikova böyük məbləğdə ziyan vurmaqla dələduzluqda ittiham olunur.
Barəsində axtarış elan edilən 38 yaşlı Müşfiq Bayramov isə 1974-cü avqustun 29-də Azərbaycanın Füzuli rayonunun Eyvazlı kəndində doğulub. Bayramov terrorçuluqda — qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətində iştirak edilməsi, o cümlədən onların hərbi silah-sursat və partlayıcı maddələrlə təchiz edilməsində ittiham olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123