Muəllif:

Hüquqşünas 8 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Mahmud Ağalarovun sədrliyi ilə hüquqşünas Bəxtiyar Məmmədovun işi üzrə proses başa çatıb. İstintaq məlumatlarına görə, o, vitse-admiralı nüfuzdan salan sənədlər yaymaqla hədələyərək, HDQ komandanından 18 min avro tələb edib. Ona qarşı CM 182.3 (Güc tətbiq etməklə pul tələb etmək) və 178.1 (Fırıldaqçılıq) maddələri ilə ittiham irəli sürülüb (Turan).

Hakim xatırladıb ki, Məmmədov 13 avqust 2010-cu ildə fırıldaqçılığa görə şərti olaraq 7,5 il müddətinə mühakimə edilib. Hər iki cəzanı birləşdirən məhkəmə Məmmədovu 8 il müddətinə azadlıqdan məhrum edib. Lakin Məmmədov və vəkilləri ittihamları təkzib edir. Onun Bayraq meydanı ətrafındakı evlərdə yaşayan 29 hərbi qulluqçu ailəsinin hüquqlarını müdafiə etdiyinə görə təqib olunduğu hesab edilir. Eurovision müsabiqəsi ərəfəsində bu evlər sökülüb və hər bir ailəyə mənzil kirayəsi üçün cəmi 10 min manat ödənilib. Məmmədovun məlumatına görə isə, bu məqsədlə hökumət 2 mln. manat ayırıb və bu vəsait Hərbi-Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən mənimsənilib.

Sakinlər təklif edilmiş kompensasiyadan imtina ediblər və Məmmədovdan hüquqlarının müdafiə olunmasında kömək istəyiblər. Lakin 2011-ci ilin sonlarında Məmmədov həbs edilib. Bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları hesab edirlər ki, Məmmədov məhz bu ifşalara görə təqib olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120