Muəllif:

“Hərəyə bir kitab” aksiyası gerçəkləşdi

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” Maştağada yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbi ziyarət etmişdir. Ənənəyə sadiq olaraq, “Hərəyə bir kitab” aksiyasında toplanmış kitabların
bir hissəsi martın 9-da bu orta məktəbin kitabxanasına təhvil verilmişdir.

Aksiyada məqsəd internat şagirdlərinin maariflənməsinə dəstək vermək, neqativ təzahürlərdən qoruyaraq kitablar vasitəsi ilə onlara düzgün yol göstərmək,
xalqına və vətəninə dəyərli övlad kimi yetişmələrinə şərait yaratmaqdır.
Şagirdlərlə görüşdə onların problemləri və gələcəyə dair fikirləri dinlənilmişdir. Görüşün sonunda Fondun icraçı direktoru və Mərkəzin rəhbəri Rüfət Muradov kitabların toplanmasında köməklik göstərən “Bərəkət” və “Xəzər” Nəşriyyatlarına və digər fəal gənclərə öz təşəkkürünü bildirmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 196