Muəllif:

Helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb

Baş verən helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb. MN mətbuat xidmətv bildirib ki, Əhmədov Yaşar Mail oğlunun meyiti də sudan çıxarılıb. Dünən saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək Şıx çimərliyi istiqamətində qəzaya uğrayıb. Hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri — kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Digər iki hərbçinin meyiti dünən tapılaraq sudan çıxarılıb.
Hərbi helikopterin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb. Bu faciəli hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və fakta görə CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İlkin ehtimala görə, hadisəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hazırda bütün dəlil və sübutlar üzərində iş aparılmaqla zəruri istintaq tədbirləri davam etdirilir.
MN sözçüsü Eldar Sabiroğlu helikopterin “qara qutu”sunun aşkarlandığını xəbər verib.Sabiroğlu
Bildirib ki, “qara qutu”dakı informasiyaların oxunuşu başa çatdıqdan sonra qəzanın dəqiq səbəbi barədə ictimaiyyətəı məlumat veriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 84