Muəllif:

Helikopter qəzası: həlak olanlar var

Bakıda hərbi helikopter dənizə düşüb. Bu barədə Trend-ə hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, helikopter Şıx çimərliyi səmtdə dənizə düşüb. FHN xilasediciləri hadisə yerindədir. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Qaradağ rayon Polis İdarəsindən Trend-ə hərbi helikopterin qəzaya uğraması faktını təsdiqləyiblər. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım maşını gedib. Onlara saat 10:43-də çağırış daxil olub. Hadisə yerində xilasetmə işlərinə bir hərbi və FHN-ə məxsus 2 helikopter, o cümlədən xilasedici qayıqlar cəlb olunub.
Helikopter sahildən 250-300 metr aralıda dənizə düşüb. Hələlik helikopterin dumana düşərək qəzaya uğradığı ehtimal olunur. Əraziyə yaxın şahidlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, helikopter dənizə düşərkən partlayış baş verib.

Xilasetmə işlərinə 2 gəmi və 2 qayıq cəlb olunub.
MN-dən bildirilib ki, bu gün saat 10:30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək Şıx çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək. Hərbi mənbədənbildiriblər ki, Müdafiə Nazirliyinə məxsus «Mİ-17» markalı helikopterdə 3 nəfər olub. Artıq bir meyit tapılıb, ikisinin isə axtarışı davam etdirilib.

MN-dən bildirilib ki, bu gün saat 10:30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək Şıx çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək. Bildiriblər ki, Müdafiə Nazirliyinə məxsus «Mİ-17» markalı helikopterdə 3 nəfər olub. Artıq bir meyit tapılıb, ikisinin isə axtarışı davam etdirilib.
APA-nın xəbərində deyilir ki, helikopter qəzasında həlak olan hərbçilərin ailə üzvləri hadisə baş verən əraziyə gəliblər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri — kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151