Muəllif:

Hacıqabulda qatar qəzası və yanğın baş verib

Hacıqabulda baş vermiş qəza ilə bağlı, Bakı istiqamətində gedən qatarların hərəkəti bərpa olunub. Bu barədə Trend-ə bazar günü «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov məlumat verib. Onun sözlərinə görə, Bakıdan qərb rayonları istiqamətində gedən qatarların hərəkatı ilə bağlı işlər davam edir.
Aşmış sisternalar qaldırılıb və yaxın zamanda qatarların hərəkəti tam bərpa olunacaq, Azməmmədov söyləyib. Qəza faktı ilə bağlı təhqiqat aparılması üçün komissiya yaradılıb. Hacıqabul rayonunda neftlə dolu 7 sistern relsdən çıxıb, nəticədə yanğın baş verib.
Trend-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Pirsaat stansiyasında Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxmış və onlardan üçü aşmışdır.
Dərhal FHNn Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanmışdır. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunmuşdur.
Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir.
Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 354