Muəllif:

Güney Azərbaycan hərəkatı Türkiyədə təşkilatlanır

Güney Azərbaycan hərəkatı Türkiyədə bəlli məzmunda əngəllərə rəğmən inadla təşkilatlanma prosesini davam etdirir. Son olaraq Eskişehirdə Güney Azərbaycan Kültür Dərnəyi fəaliyyətə başladığı xəbərini aldıq. Mayın 4-də Eskişehirdə Aydın Arat salonunda qurumun təsis toplantısı keçirilib. Toplantıda Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təmsilçiləri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Odunpazarı üzrə təmsilçisi, Eskişehir, Odunpazarı, Beylikova və Mihalcık Ülkü ocaqlarının başqanları və soydaşlarımız iştirak ediblər. Təsis toplantısını Eskişehir Güney Azərbaycan Kültür Dərnəyinin rəhbəri Mehdi Yıldız açıb, daha sonra Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) Orta Doğu və İran üzrə eksperti Arif Kəskin və GAMOH təmsilçisi Rza Talibi çıxış ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118