Muəllif:

Güney Azərbaycan: Ərdəbildə 3, Qəzvində 5 məhbus dara çəkildi

İran və Güney Azərbaycan şəhərlərindən edam xəbərləri informasiya axınında aparıcı yer tutur. Bu məsələdə dünya ölkələri arasında öndə gedən bir ölkədən bu kim kədərli xəbərlərin gəlməsi təbiidir. Güney qaynaqlarından alınan son xəbərlərə istinadən, bu gün səhər saatlarında Ərdəbil şəhərində 3 məhbus edam edilib. Onlar uyuşdurucu qaçaqmalçılığında suçlanırdılar. Onlardan ikisi 1.5 kq metamfetamin ilə tutulub və Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən edam cəzasına məhkum ediliblər. Hər iki məhbusun əfv olunmaq üçün etdikləri müraciətlər rədd edilib və hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Digər məhbus da narkotiklə tutulub. Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən edam cəzasına məhkum olunmuş məhbusa 20 zərbə şallaq və pul cəriməsi də kəsilib. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbusa dara çəkilməzdən əvvəl 20 şallaq vurulub və sonra edam edilib. Hər üç şəxs Ərdəbil sakinidir və bu səbəbdən onların Azərbaycan türkü olduqları bildirilir. Onların ad və soyadları açıqlanmayıb.

Başqa bir xəbərə görə, bu ölkədə iyunun 14-də keçirilmiş prezident seçkilərindən ötən üç həftə müddətində 65 məhbus edam edilib, son iki gündə bu rəqəm 19 nəfərə çatıb. Onlardan 5-i qadındır. Dünən isə Güney Azərbaycanın Qəzvin şəhərində 5 məhbus edam olunub. Qəzvin şəhər prokuroru İsmail Sadeqiyə istinadən yayılan xəbərə görə, bu şəxslərdən 3-ü narkotik qaçaqmalçılığı, 2-si isə qəsdən adam öldürməkdə ittiham edilirdilər.
Beynəlxalq KİV-in məlumatına görə, 2012-ci ildə İranda 587 nəfər edam edilib. Həmin şəxslərin böyük əksəriyyəti narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə edam olunub.
BMT və «Amnesty International» dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib.
Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikada göstəriləndən daha çoxdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 562