Muəllif:

Gimnastlarımız «Baltika Kuboku”nda 5 qızıl medal qazanıblar

Azərbaycanlı gənc gimnastlar Qdanskda keçirilən «Baltika Kuboku» beynəlxalq turnirində 5 mümkün mükafatdan 5 qızıl mükafat qazanıblar. Azərbaycan Gimnastika Federasiyasından yayılan məlumata görə, 5 qızıl medaldan 3-nü 13 yaşlı bakılı idmançı Züleyxa İsmayılova qazanıb.
Məlumatda bildirilir ki, o, əvvəlcə özünü gürz və lentlə olan hərkətlərdə yaxşı göstərib və çoxnövlülük üzrə qalib olub.
Fərdi çıxışlarla yanaşı ölkənin gənc gimnastlarından təşkil olunan komanda da çıxış edib. Komandanın əsas məqsədi 31 may — 2 iyun tarixlərində Avstriyada keçiriləcək Avropa turnirinə hazırlıqdır. Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümbətova, Aynur Mustafayeva və Emiliya Bağıyevaya Polşa arenasında çıxış üçün 2,5 dəqiqə ayrılıb və onlar həm çoxnövlülükdə, həm də finalda ilk pilləni qazanıblar.
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, hər bir turnirlə qızların özlərinə inamı artır və onların çıxışlarında inkişaf müşahidə olunur.
«Hesab edirəm ki, həftəsonu Tyedəki Qran-Pridə və aprelin əvvəlində Lissabonda dünya kubokunda da tamaşaçılar onları səmimi qəbul edəcəklər», — deyə bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 98