Muəllif:

“Əsəd bəyin əzabları” filmi premyeraya hazırlaşır

“Əsəd bəyin əzabları” filmi artıq hazırdır və premyerası Berlinin Babylon kinoteatrında keçiriləcək. Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi bu barədə danışarkən bildirib ki, Um Velt Film Berlin studiyasının çəkdiyi bu filmin rejissoru Ralf Marschallekdir.

Avropada yaşamış bu böyük soydaşımız haqqında İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film şirkəti, Nizami Gəncəvi Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib.

Filmdə Əsəd Bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı son əlyazması olan «Sevgidən bixəbər kişi» romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.

Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı «Əli və Nino» romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub.

Premyera mayın 2-də planlaşdırılır. Premyeraya İtaliya, Avstriya və Almaniyadan Əsəd bəyi sevənlər, onun tədqiqatçıları, ədəbiyyat və kino həvəskarları, eyni zamanda jurnalistlər və alman ictimaiyyətindən tanınmış mədəniyyət və kino xadimləri dəvətlidirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214