Muəllif:

Ermənistan: uçub gedənlər çox, gələnlər az…

Ermənistandan gedənlərin sayı gələnlərin sayından üstün olaraq qalmaqda davam edir. Bu ilin birinci rübündə Ermənistandan gedənlərin sayı 165 275 nəfər, gələnlərin sayı 141 192 nəfər olub, mənfi saldo 24 083 həfər təşkil edib, deyə Armenianreport yazır. Söhbət Baş Mülki Aviasiya İdarəsinin açıqladığı rəqəmlərdən gedir.

Baş idarənin rəqəmlərindən göründüyü kimi, ilin birinci rübündə Zvartnots hava limanında 1935 uçuş və eniş olub, ötən il isə müvafiq dönəmdə 2150 uçuş və eniş olmuşdu. Buna rəğmən bu il Ermənistanı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox adam tərk edib. Həmin dönəmdə ölkədən 164 880 adam getmişdi.

Sözügedən dönəmdə Gümrünün Şirak hava limanından 7101 sərnişin uçub gedib, gələnlər isə 4316 nəfər olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102