Muəllif:

Elman Rüstəmov: Sosial ipotekaya çıxış genişləndirilir

Sosial ipotekaya çıxışı olan şəxslərin siyahısının genişlənəcəyi xəbəri bir daha təsdiqləndi. Mərkəzi Bank İH sədri Elman Rüstəmovun sözlərinə görə, MB yerli banklara sosial ipoteka üzrə kreditlərin verilməsi barədə ictimaiyyətə daha çox məlumat təqdim etməyi tövsiyə edir. Rüstəmov deyib:

«Sosial ipoteakının kontingenti genişləndiriləcək, biz güzəştli ipoteka kreditlərinə çıxışı olan şəxslərin siyahısına daxil etmək üçün dövlət qulluqçularını, gənc ailələri, hərbçiləri nəzərdən keçiririk. Hazırda sosial ipoteka üzrə resursların defisiti mövcuddur və biz onu necə artırmağın yollarını axtarırırıq. Biz dövlət büdcəsindən sosial ipotekaya vəsaitin artırılması ilə bağlı təkliflə çıxış edəcəyik. Təbii ki, arzu edənlər çoxdur, vəsait isə məhduddur, məhz buna görə probelm yaranır».

Rüstəmov deyib ki, hazırda MB banklara daha açıq olmağı və verilən kreditlər barədə ictimaiyyətə informasiya təqdim etməyi tövsiyə edir:
«Sosial ipoteka üzrə kreditləri kimin aldığı, niyə başqası deyil, məhz onun kredit alması barədə məlumat dərc etmək lazımdır. Bu, bütün problemləri həll etməzdi, lakin bir çox məsələləri aradan qaldırardı. Mən şəffaflığın səviyyəsindən razıyam, daha çox kommunikasiyalar lazımdır».

Bundan başqa, ucuz evlərin tikintisi ilə bağlı böyük layihə hazırlanması məsələsi üzrə ölkə rəhbərliyi və bank sektoru ilə danışıqlar gedir. Rüstəmov bildirib ki,
«kommersiya, bəlkə də sosial ipoteka çərçivəsində maliyyələşdirmənin həcminin artımına getməliyik. Amma bu sonsuz proses deyil. Əsas ucuz evlər təklifi bazarını artırmaq lazımdır ki, ipoteka kreditinə layiqli ev almaq mümkün olsun. Biznes, hökumət, bank cəmiyyəti bunu necə etmək barədə düşünməlidir».

Onun sözlərinə görə, xüsusilə gənclər üçün ölkədə ucuz, əlçatan, təmirli evlərin olması vacib, lakin eyni zamanda çətin məsələdir:
«Biz kommersiya ipotekasının həcmini artıracağıq. Bizim bu il istiqraz vərəqələrinin hesabına bazarda borcalmaları artırmaq imkanlarımız var.
Bundan başqa bu il Azərbaycan İpoteka Fondunun xətti ilə təqdim olunan kommersiya ipotekasının maksimum məbləğinin artırılması imkanları mövcuddur».

Rüstəmov qeyd edib ki, bankların ipoteka krediti portfelində problemli kreditlərin payı 0,3 faiz səviyyədədir. Bu da ölkədə bu mexanizmin effektivliyini göstərir və belə halların yarısı iqtisadi aspektlərlə deyil, borcalanın seçimi, sosial problemlərlə bağlıdır.
«Çox aşağı olan bu göstərici onu göstərir ki, bu sahədə yaxşı nizamlanma və effektiv sistem yaradılıb. Bu sahədə defolt iqtisadi yox, sosial xarakter daşıyır, yəni ödəmələrdə problemlər kiminsə boşanması, ailə başçısını itirməsi və s. bağlıdır».
Açıqlanana rəqəmlərə görə, bu günədək 11 mindən çox ailəyə ipoteka krediti ayrılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 287