Muəllif:

Eldar Sabiroğlu: Bax bu yerdə mən açıq danışacağam

Bu məsələ ilə əlaqədar istintaq araşdırması gedir. Ona görə də bizim hər hansı müdaxiləmiz doğru qarşılanmaz. Araşdırma bitəndən sonra yəqin ki, həqiqət üzə çıxacaq. Biz buna əminik. Dünən Baş Prokurorluq vətəndaş Cəfərli ilə bağlı mövqeyini açıqladı və qısa da olsa, prosesin gedişatı barədə məlumat verildi. İndi buna irad bildirməyin məntiqi aydın deyil.

Bu reaksiyanı MN mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq “Ehtiyatda və istefada olan zabitlər” İB sədri Yaşar Cəfərlinin bu günkü mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Sabiroğlu bildirib ki, görünür, onun şəxsi istəyinə uyğun olmayan ifadələr həmin açıqlamada özünə yer tapmadığından şikayətçi razı qalmayıb: “Fikrimizcə, Baş Prokurorluğun qənaətini şübhə altına almağın heç bir əsası yoxdur. Şikayətçi bildirir ki, bu işin sifarişçisi var. Bax bu yerdə mən açıq danışacağam, axı necə deyərlər, hansı təhlükələr və maneələr yaradan fiqurdur ki, ona belə münasibət göstərilsin?..”

Öz növbəsində Yaşar Cəfərli MN hərbi qulluqçuları tərəfindən döyüldüyünü iddia edir və istintaq orqanlarının hadisənin araşdırılması istiqamətindəki fəaliyyətindən narazıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141