Muəllif:

Eldar Namazov: Bizi ciddi sınaqlar gözləyir

EL hərəkatı «üçüncü qüvvə» olmayacaq, hakimiyyətin məhəl qoymadığı bütün demokratiya dəyərlərini bir araya toplayacaq, deyə adı çəkilən ictimai qurumun təşkilat komitəsinin sədri Eldar Namazov objective.tv-yə müsahibəsində bildirib. Bir neçə il əvvəl Azərbaycan vətəndaşları avtoritar idarəetmə və demokratiya arasında seçim edə bilərdisə, indi artıq dövlət aparatı idarəolunmazdır, yüksək vəzifəli məmurlar istədiklərini edirlər.
İsmayıllıda və daha əvvəl Qubada kütləvi etirazlardan nəticə çıxarmaq yerinə, hakimiyyət siyasi müxalifət arasında və vətəndaş cəmiyyətində təqsirkar axtarır. EL hərəkatının rəhbərliyi ABŞ Konqresinin «Maqnitski siyahısı» və Avropa Parlamentinin korrupsiyaya uğramış məmurların (xüsusən, Azərbaycandan) hüquqlarının məhdudlaşdırılması haqqında təşəbbüsünü təqdir edir.
Fevralda təqdimat mərasimi keçirilməsi nəzərdə tutulan EL Hərəkatı mümkün qədər çox vətəndaşı «oyandırmağı», korrupsiyanın ehtiva etdiyi təhlükənin miqyasını onların diqqətinə çatdırmağı öz borcu hesab edir. Bu gün seçkilərdə real olaraq (cəlb edilmiş «karusel»lə birlikdə) seçicilərin təxminən 15%-i iştirak edir, onların əksəriyyətini JEK fəalları dilə tutur.
Seçkilərdə iştirak zərurətini vətəndaşların əksəriyyəti dərk etsə, Mərkəzi Seçki Komissiyasının saxtakarlıqlarına son qoyulacaq və demokratik islahatlar qaçılmaz olacaq. Namazov Seçki Məcəlləsinə ekzit-polların və alternativ səs hesablamanın nəticələrinin diqqətə alınmasını təmin edəcək dəyişikliklər etməyi təklif edir.
O, hakimiyyət beynəlxalq təşkilatlarla razılaşmaya getdiyi halda vətəndaş cəmiyyətinin susaraq müşahidə etməsi ilə razı deyil. Namazov deyir:
«Bizə müstəqil ədalətli məhkəmə sistemi lazımdır, hakimiyyətin vətəndaşların seçmək hüququna hörmət etməsi, hökumət qurumlarının cəmiyyət qarşısında hesabatlılığı lazımdır, büdcə xərclərinin şəffaflığı və s. lazımdır.
EL hərəkatı seçicilərə bütün digər siyasi birliklərdən daha yaxın olacaq. O, inzibati prinsiplərə əsasən yerləşməyəcək, sosial şəbəkələrdə isə ən fəal istifadəçi olacaq».
Hakimiyyətin Ziyalılar Forumunun rəhbərliyinə münasibətinə gəlincə, o iddia edib ki, dünya şöhrətli dramaturq Rüstəm İbrahimbəyova və onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına və digər məşhur şəxslərə təzyiq mərkəzləşmiş şəkildə həyata keçirilir. Siyasi qurumlar yaradan insanlar bilirlər ki, onlara daim təzyiq göstəriləcək və bu, sadəcə, siyasi təzyiq olmayacaq. Rüstəm İbrahimbəyovu artıq həbs etməyə çalışıblar, EL-in etirazından sonra isə onun liderlərini hakimiyyət tərəfindən ciddi təhlükələr gözləyir, Namazov belə hesab edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 113