Muəllif:

Əhməd Davudoğlu: gürcülər sadəcə qonşu deyil

Bu, mənim son parlament seçkilərindən sonra Gürcüstana ilk səfərimdir. Sonuncu dəfə ölkənizə ötən ilin mayında gəlmişəm. Türkiyə-Gürcüstan əlaqələri sadəcə qonşuluq əlaqələri deyil, ölkələrimiz eyni zamanda tarixi bağlarla bir-birinə bağlıdır. Bu fikirləri Tbilisidə səfərdə olan xarici işlər naziri Əhməd Davudoğlu mətbuat konfransında deyib
(APA).

Nazir Türkiyədə gürcü kökənli vətəndaşların çox olduğunu xatırladıb: “Gürcüstanda da Türkiyə ilə bağlı olan insanlar var. Gürcüstan və Türkiyə tarix boyu dost olublar və hər iki ölkə bundan sonra da dost olaraq qalacaq. Son 20 ildə ölkələrimiz arasında böyük əlaqələr qurulub, iş adamlarımız müxtəlif layihələr həyata keçirirlər. Türkiyə Gürcüstanın ən böyük iqtisadi ortağıdır. Türk iş adamları Gürcüstan iqtisadiyyatına 1 milyard dollar sərmayə yatırıblar”.

Əhməd Davudoğlu iki ölkənin birlikdə bir sıra layihələr həyata keçirəcəyini bildirib: “Bizim üçün önəmli olan Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan layihələrini, Xəzər dənizini Aralıq dənizə bağlayan, Gürcüstanı dünyaya tanıdan önəmli layihələri biz birlikdə gerçəkləşdirdik. Biz əlaqələrin daha da dərinləşməsini istəyirik. Gürcüstanın baş naziri İvanişvilinin Ankarada Gürcüstanın xarici siyasəti çərçivəsindəki açıqlamaları hər iki ölkənin gələcəyinə xidmət edir”.

XİN başçısı Bidzina İvanişvilinin Türkiyə səfərini uğurlu adlandırıb: “İndi biz iki baş nazirin Ankarada qəbul etdiyi qərarları xarici işlər nazirləri olaraq müzakirə etdik. Sabah isə Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək”.

Qeyd edək ki, bu gün Tbilisidə Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin ikitərəfli və heyətlərin iştirakı ilə görüşü keçirilib. Türkiyəni Gürcüstanın strateji tərəfdaşı adlandıran Maya Pançikidze iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da genişləndiyini deyib.

Əhməd Davudoğlunun Gürcüstanın baş naziri Bidzina İvanişvili, parlamentin sədri David Usupaşvili, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstan patriarxı — katalikos II İlya ilə görüşləri nəzərdə tutulub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142