Muəllif:

Deputatın pulunu oğurlayana heç nə edə bilmədilər

Deputat Çingiz Qənizadənin bank hesabından pul oğurlanıb.
Bu barədə parlamentin bu günkü iclasında deputat özü xəbər verib. O, xaricdə səfərdə olanrkən bank hesabından iki dəfədə 100 və 150 manat pul çıxarılıb.

Deputat bu barədə telefonuna gələn sms vasitəsilə xəbər tutub: “Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin adamı tapdılar. Evində oturub kompüter vasitəsi ilə bu işlə məşğul olurmuş. Amma bu barədə qanunvericilikdə boşluq olduğundan, bu məsələni araşdırmaq, həmin şəxsi məsuliyyətə cəlb etmək prokurorluq orqanları üçün xeyli çətin oldu”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 95