Muəllif:

Çoxuşaqlı ailəyə təhsildə güzəşt

Çoxuşaqlı ailəyə yaşayış sahəsi pulsuz verilə və həmin ailəyə xüsusi müavinət ayrıla bilər. Bu, yeni hazırlanan «Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında» qanun layihəsində nəzərdə tutulur. Layihə parlamentə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olub. Belə bir qanunun hazırlanmasına səbəb son 10 ildə çoxuşaqlı ailələrin sayının sürətlə azalması göstərilir.
Qanuna edilən təkliflərdə nəzərdə tutulur ki, çoxuşaqlı ailənin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil imkanı qazanacaqlar. Uşaqların məktəbdənkənar təhsil müəssisələrində pulsuz əsaslarla əlavə təhsil alması, bütün təhsil dövründə dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması, bu ailələrin uşaqlarına 6 yaşadək həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi, nəqliyyatdan istifadəyə görə kompensasiya verilməsi, istirahət, mədəniyyət obyektlərinə pulsuz göndəriş verilməsi təklif olunur. Əyani təhsil alan uşaqlar təhsilini bitirənə qədər, lakin 23 yaşdan çox olmamaq şərti ilə, çağırış üzrə həqiqi hərbi xidmətdə olanlar xidmət müddəti bitənə qədər bu kateqoriyaya daxil ediləcək.
Hazırda MM Sosial siyasət komitəsində Dövlət Komitəsi ilə birgə hazırlanan qanun layihəsinə yeni təkliflər də gözlənilir. Layihə bu ilin sonunadək müzakirəyə çıxarılacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 357