Muəllif:

Burucerdi yaman hirslənib:“Əgər birləşmək məsələsi varsa, Azərbaycan İrana birləşəcək”

İran parlamentinin komissiya sədri Əlaəddin Burucerdi Azərbaycanı çox uğursuzcasına təhdid edib. Bakıda konfrans keçirmiş bir qeyri-hökumət təşkilatı təkcə bu cənabı deyil, Tehranda bir çoxlarını qəzəbləndirib. Və onlar öz Fantomas qəzəblərini öz müxaliflərinə deyil (deyəsən buna cürətləri çatmayıb, axı onlar hiddət və qəzəblə deyil, aydın məntiqlə silahlanıblar), bu toplantıya heç bir aidiyyəti olmayan Azərbaycan dövlətinə yönəldiblər. Elə xəyal ediblər burada eynilə İranda olduğu kimi bütün ictimai-siyasi qurqmların toplantıiarına hökumət icazə verir və orada danışılanların hər sözə nəzarət edilir. Deyəsən, onların demokratiya və söz azadlığı barəsində təsəvvürləri yoxmuş. Nə isə…

“Separatçılıq məsələsinə əl atmaq Bakının zərərinə bitəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, belə bir xəbərdarlıqla (?!) İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi çıxış edib.

O, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə münasibət bildirərkən deyib ki, əgər birləşmək məsələsi varsa, Azərbaycan İrana birləşəcək: “Təəssüflər olsun ki, bir müddətdir amerikalılar və sionistlərin təsiri ilə qonşu İslam ölkəsi olan Azərbaycandan bəzi zümzümələrin şahidi oluruq. Əgər proses baş verərsə, İrandan ayrılan öz yerinə qayıtmalıdır. Azərbaycan da İrana — öz ana diyarına qayıtmalıdır və bunun əksi baş verməyəcək. Azərbaycanlı həmvətənlər öz islami baxışını nəzərə alaraq, bir islam quruluşunda yaşamaqda maraqlıdırlar. İranın Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır və bu ölkə ilə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Azərbaycana tövsiyə edirik ki, belə separatçı açıqlamalardan sonra baş verənlər onların xeyrinə olmayacaq.
Çox ola bilsin, ona yanlış məlumat veriblər. Deyəsən parlamentlərinin mətbuat xidməti bərbad işləyir. Əgər Türk dilini bilirsə xəbəri özü orijinaldan oxuyub söhbətin nədən getdiyini bilər və başqa gözdə tük aramaqdansa, öz gözündə tiri
görərdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 233