Muəllif:

Bura MSK-dır, yoxsa kazino?”

Ermənistan prezidentliyinə potensial namizədlər tələb olunan pul girovu ilə bağlı öz narazılıqlarını bildirirlər. Sabah isə əlavə vaxt bitir. “ArmToday” saytına istinadən, namizədlərin bəziləri Ermənistan MSK-nın iclasında deyiblər ki, ölkənin hazırkı sosial-iqtisadi şəraitdə tələb olunan 8 milyon dramı (təqribən 20 min ABŞ dolları) ödəmək mümkün deyildir.

Partiya mənsubiyyəti olmayan namizədlərdən Pavlik Sarkisyan demişdir ki Ermənistan Konstitusiyasına əsasən hər bir vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər: “Lakin bu gün ölkə əhalisinin 95 faizi imkansızdır və namizəd olmaq üçün girov ödəmək Ermənistan Konstitusiyasına ziddir. Bu nə kazinodur? Mən bura qumar oynamağa gəlmişəm?”

Digər namizəd, 10 ildir işsiz olan Mqer Ayrapetyan da deyib ki, girov ödəməklə bağlı tələb Konstitusiyaya ziddir. MSK isə girov ödəməyən potensial namizədlərə əlavə 48 saat verib. Əgər onlar 10 yanvar saat 14:00-a qədər tələb olunan girovu təqdim etməsələr, onların namizədliyi ləğv ediləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 78