Muəllif:

Bunlar da çirkab sularından «yeyiblər»…

Elə bir zəmanəyə gəlmişik ki, imkanı olan məmur fürsəti əldən vermir, hərə bir yerdən dövləti dartıb yeyir. Təzəlikcə barələrində cinayət işi qaldırılan bu cənablar isə demə çirkab sularına girişiblərmiş. Orda da yaxşı pullar varmış sən demə. Çirkab sularından külli miqdarda büdcə vəsaiti mənimsəyən vəzifəli şəxslər barəsində cinayət işi başlanıb.
Baş Prokurorluq mətbuat xidmətindən bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi müəyyən edib ki, ETSN Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzində 2010-2013-cü illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən çirkab su təmizləyici qurğuların cari təmirinə qanunsuz olaraq 260.0 min manat məbləğdə vəsait rəsmiləşdirilərək silinib, eyni zamanda anbarda 65.0 min manat məbləğdə material çatışmazlığı aşkar edilib.

Bundan başqa, 2012-ci ilin dekabr ayında mərkəzin sutəmizləyici qurğularında təmir-tikinti işlərinin aparılması üçün «Exiles STS» MMC ilə 126.0 min manat dəyərində müqavilə imzalandığı halda, təmir-tikinti işlərinin dəyəri süni olaraq 101.0 min manat artırıldığı, ümumilikdə isə işlərin həcminin süni surətdə artırılması nəticəsində 183.0 min manat məbləğində büdcə vəsaitinin mənimsənildiyi müəyyən olunub.

Fakta görə CM «mənimsəmə və ya israf etmə», eləcə də «vəzifə səlahiyyətlərindən sui-istifadə» maddələri ilə cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146