Muəllif:

Bu il qızıl istehsalı 20% artacaq

Qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining Plc.» şirkəti (Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin operatoru) 2013-cü ildə «Gədəbəy» qızıl yatağında qızıl hasilatını 19,5% artıraraq 2012-ci ildəki 1,56 tondan 1,87 tona və ya 60 min unsiyaya çatdırmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, şirkətdən bildirilib ki, 2013-cü ildə yataqdan hasil edilən qızılın maya dəyərinin 1 unsiyaya görə 400-500 dollar olacağı proqnozlaşdırılır.
Bu ilin ilk yarısında şirkət «Gədəbəy» yatağında yeni zənginləşdirici zavod tikmək niyyətindədir ki, nəticədə oksid və sulfidlərdən qızılın alınma dərəcəsi müvafiq olaraq 85% və 69%-ə çatdırılacaq. Gələn ilin sonunda isə şirkət istehsal gücünü ildə 80-90 min unsiya və ya 2,5-2,8 tona çatdırmaq niyyətindədir.
Bundan başqa, şirkət «Qoşa» yatağında yeraltı qızıl hasilatı üçün şaxta tikmək niyyətindədir. İllik istehsal gücü 10-15 min unsiya və ya 0,3-0,5 ton olan şaxtanın tikintisinə bu ilin ikinci yarısında başlanacaq, ilk məhsulun buraxılması isə 2014-cü ildə nəzərdə tutulur. «Qoşa» yatağından çıxarılan filizlər Gədəbəydəki zavodda emal olunacaq.
Azərbaycanda qızıl hasilatına 2009-cu ildə Gədəbəydə başlanılıb. Çıxarılan qızıl İsveçrəyə ixrac edilir. «Gədəbəy»də 2011-ci ildə 57,068 min unsiya və ya 1,8 ton qızıl hasil edilib, 2012-ci ildə isə hasilat 12% azalaraq 50,215 min unsiyaya və ya 1,56 tona düşüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 344