Muəllif:

Bu gün son çərşənbə: həvəsi olan bayram falına baxacaq

Bu gün Novruz şənliklərinin önəmli günlərindən biri — ilin son çərşənbəsidir. Bu günün özəllikləri çoxdur. İnsanlar niyyət edir, küsülülər barışır, qızlar fala baxır, qulaq falına çıxırlar. Demə sənət adamları da fala biganə deyi. Bu gecə onlardan bəziləri qonşularına qulaq falına çıxacaq. Bəzisi evdə niyyət edib, fal açacaq. AYNA onların bayram hazırlığı barədə kiçik sorğu keçirərkən öyrəndik ki, İstanbulda yaşayan İradə İbrahimovanın qapı falına çıxa bilməz. Orada belə bir adət olmadığından, sənətçi fala baxmaq sevdasında deyil. Amma ailəsi ilə birlikdə süfrə arxasında bayramı qeyd edəcək.
“Anam Bakıdan şəkərbura, paxlava göndərib. Milli yeməklərimizi ailəliklə sevdiyimiz üçün əsas yeməyimiz plov olmaqla, müxtəlif cür təamlar hazırlayacam. Səməni yetişdirmişəm. İpəyə onun mahiyyətini başa salıram. Maraqla dinləyir”.

Bəs, Ayan Babakişiyeva? Hər gün bayram çəkilişlərinə qatıldığı üçün çoxdan bayram ovqatındadır. Sənətçi gün ərzində canlı efirdə olacağını bildirdi. Hec vaxt fala baxmaq həvəsi olmayan Ayan, rəfiqələri maraqla fala baxanda, onları kənardan izləyib. Amma heç vaxt gələcəyini bu şəkildə öyrənməyə həvəsi olmayıb. Sənətçı sonda bayram günlərində Bakıdan uzqaqlaşıb, bayram gəzintisinə çıxacağını söylədi.
İşləri ilə bağlı Türkiyədə olan Rəqsanə sabah səhər saatlarında Moskvaya yola düşəcək. Bayramı ailə üzvləri ilə qeyd edəcək. Sənətçi həm də son həftənin yorğunluğunu çıxaracaq. Bayram axşamı milli təamlarımızdan süfrəyə düzəcək. Özü mətbəxə kecib, ailə üzvləri üçün milli yeməklərimizdən bişirəcək.
“Novruz ən çox sevdiyim bayramdır. İşlərimi yarıda qoyub, həmin günü balalarımın yanında olmaq istəyirəm. Bu ayın 25-də Moskvada bayram konsertim də təşkil olunacaq”.

Aysel Əlizadə bayramı ailə üzvləri ilə birlikdə qeyd edəcək. Sənətçi adi günlərdə yeməyinə diqqət eləsə də, bayram axşamı anasının bişirdiyi milli təamlarımıza biganə qalmayacaq. Daha sonra qızlara qoşulub qapı pusacaq. Hələ tonqaldan atdanmağı da sevir. Belə bir imkan yaransa, sənətçi tərəddüdsüz faydalanacaq. Onun ən son seçimi evdə fala baxmaq olacaq. Sənətçi inanclara maraq göstərdiyini bildirib.

Humay Qədimova yaz aylarında təqdim edəcəyi yeni layihəsnin təlaşında olduğundan, bayram günlərində həm də istirahət edəcək. Ailəsi ilə birlikdə olacağını deyir. Son çərşənbənin ildə bir dəfə yaranan fal şansından da vaz keçməyəcək. Axı maraqlıdır… Sənətçi hər il qulaq falına çıxdığını və eşitdiyi sözlərin il ərzində gercəyə döndüyünə şahid olub.
Günay İbrahimli üçün də Novruzun gəlişi əsl bayramdır. Neçə həftədir bayram çəkilişlərinin təlaşında olan sənətçi axşam saatlarına kimi bayram tədbirlərində olacaq.
“İş nə qədər olsa belə, adət-ənənələri unutmamalıyıq. Hər il qapı pusuram, bu gün də istisna deyil. Hətta qarşıma tonqal çıxsa tullanaram da. Bayram çəkilişlərinin birində qızlarla fala baxdıq. Deyirlər düz çıxır”. Günay fürsətdən istifadə edib hər kəsin bayramını təbrik etdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 930