Muəllif:

Bu dələduzların nə qədər başqa əməlləri də üzə çıxıb

Bu dələduz — Dilafət Xəlilov nə vaxtdan Ağdam polisi tərəfindən axtarışda imiş və yaxası ələ keçəndən sonra xeyli sayda başqa cinayət əməlləri də müəyyən edilib. DİN saytına istinadən, Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2012-ci ilin iyul-avqust ayları ərzində Bakı şəhərində yaşayan Laçın rayon sakinləri Vüqar Məmiyev, Kamil Məmiyev və Bakı sakini Xəyyam Ağayevin etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 3.000, 6.500 və 6.800 manat pul aldığı müəyyən edilib.

Dələduzluq cinayətləri törətmiş Rafiq Namazov isə Binəqədi polisi tərəfindən yaxalanıb.Onun da zibillərinin üstü açılıb. Namazovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2009-cu ilin may ayında Bakı şəhər sakini Təzəgül Səfərova, 2010-cu ilin avqust ayında Şamaxı rayon sakini Məhəmməd Ələkbərov, sentyabr ayında Oğuz rayon sakini Sahib Cəmiyev, oktyabr ayında Bakı şəhər sakinləri Lalə Bədirova və 2011-ci ilin aprel ayında Əlibala Şükürovun etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 2.000, 10.300, 12.000, 12.000 manat pul və 30 sot torpaq sahəsini alması müəyyən edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152