Muəllif:

Birdən müəllimin dərs vaxtı mürgülədiyini lentə aldılar?..

Paytaxtın 100-ə yaxın məktəbində mobil telefonlardan istifadəyə yasaq qoyulub. Bakı Şəhər Təhsil İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib ki, tədris ocağında telefondan istifadə yasağına məktəb rəhbərləri özləri nəzarət edirlər. Z.Əliqızı yenə də izah edib bu yasaq mobil telefonun tədris prosesinə və onun keyfiyyətinə mənfi təsir göstərməsindən irəli gəlib. Valideynlərə isə istədikləri vaxt övladlarından xəbər bilmək üçün məktəbin şəhər telefonları ilə əlaqə saxlamaları tövsiyə olunur (APA).

Belə bir fikir dolaşır ki, bu yasaq tədrisə qaygıdan deyil, əslində müəllimləri və məktəbi sığortalamaq cəhdindən doğub. Yəni şagirdlər indi məktəbdaxili nöqsanları, müəllimlərin davranışını və rəftarını çəkib İnternet şəbəkələrinə ötürürlər. Müəllimləri və direktorları vahiməyə salan da budur. Allah göstərməsin, birdən müəllimin dərs vaxtı masaya dirsəklənib mürgülədiyini, yaxud şuluq uşağı kötəklədiyini lentə alarlar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128