Muəllif:

Bəlkə canavar sürüsünə rast gəlib?..

Ermənistan tərəfi Qazax rayon Öanlıqlar kənd sakini Sabir Mühit oğlu Kərimov haqqında məlumata malik olmadığını açıqlayıb. “Novosti-Armeniya” agentliyinə istinadən, bunu Ermənistanın əsir düşmüş, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri komissiyası işçi qrupunun rəhbəri Armen Kaprielyan deyib.

46 yaçlı Sabir Kərimov aprelin 2-də Ermənistanla sərhəd səmtdəki meşəlikdə itkin düşüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, artıq faktla bağlı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası BQXK-ya müraciət edib: “BQXK-nın Azərbaycan nümayəndəliyi də Ermənistanın hakimiyyət orqanları ilə bu məsələni araşdırmaq üçün qurumun Ermənistan nümayəndəliyinə müraciət edib”. Əgər Ermənistan tərəfinin məlumatı yoxsa, Kərimov bəlkə canavar sürüsünə rast gəlib? Artıq 3 gün keçir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119