Muəllif:

Bel ağrısı olca da, mollalar ona 50 şallaq vuracaq


Tanınmış azərbaycanlı fəal, jurnalist bel ağrılarından əziyyət çəksə də, ona 50 şallaq zərbəsi vurulacaq. Dekabr ayından Təbriz həbsxanasında
oturub günlərini sayan Həsən Ərk barəsində digər məhkəmənin çıxardığı hökm icraya qoyulub. Prosedur qaydalarına əsasən, azərbaycanlı fəal həkim müayinəsindən keçməlidir. Həsən Ərkin şallaq zərbələrinə dözə biləcəyi həkim tərəfindən təsdiqləndiyi təqdirdə hökm icra ediləcək.

Həsən Ərk 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə İran məxfi polisinin əməkdaşları tərəfindən həbs olunub. Bir müddət sonra zəmanətlə müvəqqəti azadlığa buraxılsa da, bir il həbs cəzasına məhkum edilib.

Bundan əvvəl Həsən Ərk “GünAzTV”yə müsahibəsi zamanı İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə və ölkə polisinə böhtan atmaqda təqsirləndirilərək ötən ilin martında Təbriz Ümumi Cəza Məhkəməsi tərəfindən 50 zərbə şallaq cəzasına məhkum edilib. Azərbaycanlı jurnalist nəşrinə yasaq qoyulmuş “Şəms-i Təbriz” (“Təbrizin günəşi”) qəzetinin redaksiya heyətinin üzvü olub. Həsən Ərkin bel ağrısından əlavə, astma və ürək xəstəliyindən də əziyyət çəkdiyi bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 195