Muəllif:

Baytarlar niyə rüşvət tələb etməsinlər?

Korrupsiya və rüşvətxorluğun dərin kök atdığı bu cəmiyyətdə baytarlar niyə bir kənarda qalsınlar ki? Bir halda ki, «sosial müdafiəçilər» bu qədər ifşalardan sonra da qorxu bilmirlər? Millətin «sosial müdafiəçiləri» ilə məsələ aydındır. Bəlli olur ki, baytarların da vətəndaşdan rüşvət tələb etmələrinin «hüquqi əsası» təmin edilmişdir. Baş Prokurorluq mətbuat xidmətindən yayılan açıqlama bunu göstərir. Lakin nə edəsən ki, Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin vəzifəli şəxslərinin «rüşvət aksiyası» uğursuzluqla nəticələnib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsin bir müraciəti araşdırarkən müəyyən edib ki,
Bərdə rayon Baytarlıq idarəsinin rəisi Alim Zeynalov, idarənin rəis müavini Səyyab Cəfərovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətə, yəni vətəndaşın barəsində tərtib olunmuş aktın ləğv edilərək tədbir görülməməsi üçün 2.000 (iki min) manat məbləğində rüşvət tələb edib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 20-də rayon Baytarlıq idarəsinin inzibati binasında A.Zeynalov xidməti otağında Ağcabədi rayon sakinindən 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

A.Zeynalov və S.Cəfərov CM 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq mətbuat xidmətinə istinadən, Şabran rayon sakininin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri İmran Məmmədovun əlillik dərəcəsinin təyin edilməsi üçün rayon sakinlərindən rüşvət alması barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin araşdırmasında
öz təsdiqini tapıb. Müəyyən edilmişdir ki, fevralın 20-də TSEK sədri İ.Məmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar xidməti otağında Şabran şəhər sakini Mircabbar Hüseynovdan bacısı Yeganə Abdullayevaya ömürlük əlillik dərəcəsinin təyini üçün 1.500 manat məbləğində pul tələb etmiş, M.Hüseynov da öz növbəsində həmin məbləği ona rüşvət kimi verib.
Cinayətkar fəaliyyətini davam etdirən İ.Məmmədov eyni məqsədlə ona müraciət etmiş M.Hüseynovun digər bacısı Qərənfil Abdullayevadan da 1.000 manat məbləğində pulu təkrarən rüşvət kimi alıb.
Baxış zamanı İ.Məmmədovun xidməti otağından 3.600 manat pul, müxtəlif şəxslərin adına olan müayinə işləri və digər sənədlər, yaşadığı evdən isə 31 ədəd bankomat kartları və 15.340 manat məbləğində pul aşkar edilərək maddi sübut kimi götürülüb. Törətdiyi cinayət əməlinə görə İ.Məmmədovun CM 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156