Muəllif:

Bakı polisi atışma ilə bağlı məlumat yaydı

Paytaxt polisi iki qrup arasında baş verən atışma ilə bağlı məlumat yayıb. Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilir ki, 6 yanvar saat 18:00 radələrində Balaxanıda Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində “Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atış açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, E. Əliyev və E. Bayramzadə aldıqları xəsarətdən orada keçiniblər. S. Musayev isə yardım alaraq evə buraxılıb.
DİN Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Ə. Əliyev və M. Əliyev tutulublar. Onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S. Əliyevin tutulması üçün əməliyyat tədbirlərinin davam etdirildiyi deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 246