Muəllif:

Azerspace-1 orbitdə: Biz artıq kosmik dövlətik

Kosmosa peyk buraxmaq niyyətimiz ortaya çıxanda İrəvanda yazarlar bizi məsxərəyə qoyan yazılar dərc etmişdilər. Biz onların təbliğatının təsirindən orada çoxlarının gözündə hələ də çoban tayfasıyıq. Peyklə nə işimiz varmış… Amma, görürsünüz də, havalandıra bildik. Siz yudurma tarixlərdə qutrtdalanmağı xoşlayırsınız. Baxın, nə qədər xoşunuza gəlməsə də biz bununla bir tarix yazdıq.
Ölkəmiz öz inkişafının yeni hüdudlarını cızdı. Razılaşarsınız ki, Azərbaycan kimi bir ölkə üçün süni peyki orbitə çıxarmaq sıradan bir hadisə deyil.
Artıq kosmik ölkə olaraq bir sıra beynəlxalq məsələlərdə söz sahibi olacağımızdan söz edilir. Bizə bir qədər də hörmətlə yanaşacaqlar. Axı hər ölkə öz peykinə sahib olf bilmir. Biz bunu bacardıq.
MDB məkanında biz 3-cü ölkəyik ki, öz peykimiz var. Bu peyk ölkəmizə böyük iqtisadi gəlirlər gətirəcək. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafında müstəsna rol oynayacaq. Ümumilikdə internetə, informasiyaya çıxışımıza və bir çox İKT məhsullarının daha tez əldə olunmasına şərait yaradacaq.
Hə nə isə. Bizi bir vaxt məsxərəyə qoyanların gözünə baxmaq istərdik. Siz tərəfdə hələ çoxlarını xoşagəlməz vəziyyətdə qoyacağıq. Torpaqlarımıza göndərdiyiniz və dincliklə çıxarmaq istəmədiyiniz əsgərlərinizi geri qovanda da bu duyğunu yaşayacaqsınız. Əmin olun.
Prezident İlham Əliyev Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqımızı təbrik edib.

«Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır», deyə İlham Əliyev təbrikində bildirib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olmuşdur.

«Bu, Amerikanın «Orbital» və Fransanın «Arianespace» şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük», deyə Prezident təbrikində qeyd edib.

Prezident qeyd edib ki, ilk peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Bu işə beş il bundan əvvəl başlanılmışdı.
2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə «Azərkosmos» Səhmdar Cəmiyyəti yaradılmış və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilmişdir.

Prezident deyib ki, gələcəkdə yeni peyklərin orbitə çıxarılması istiqamətində də fəal iş gedir. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq. İlham Əliyev:

«İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün — 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Eşq olsun Azərbaycana!»
Fransanın «Ariane 5 ECA» raketdaşıyıcısının köməyi ilə Azərbaycanın orbitə buraxılan Azerspace/Africasat-1 peyki artıq Bakı vaxtı ilə saat 02:11-də orbitə yetişib. Trend-in məlumatına görə, Azerspace-1 peyki startdan 35 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılıb.
Azerspace/Africasat-1-in buraxılışı Bakı vaxtı ilə saat 01:36 Qviana Kosmik Mərkəzindən həyata keçirilib. «Ariane 5 ECA» Azerspace ilə yanaşı, İspaniyanın «Amazonas-3» rabitə peykini də orbitə buraxıb.
STAR-2 platformasında tikilən Azerspace/Africasat-ın faydalı yükü 36 transponderdən (24 C-band transponderi və 12 Ku-band diapozonlu transponder) ibarətdir. Hər transponderin tezlik zolağı 36 MHs-dir. Peykin çəkisi təqribən 3275 kiloqramdır. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək.
Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Azerspace/Africasat1-in xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.
Azerspace peykinin istehsalçısı qismində ABŞ-ın «Orbital Sciences Corporation» şirkəti çıxış edir.
Azerspace/Africasat-1 telekommunikasiya peyki rəqəmsal teleradioyayım xidmətləri, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, «VSATmultiservis» şəbəkələrinin yaradılmsı, eləcə də hökumət əlaqələrinin təmin edilməsi üçün nəzərdə tutulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 314