Muəllif:

Azərbaycan XİN: Uydurma “erməni soyqırımı”nı inkar qanunu qəbul edilsə…

Fransada uydurma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi bu ölkənin regional əməkdaşlıq siyasətinə və regionla əlaqələrinə mənfi təsir göstərəcək”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev deyib. Saxta “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun layihəsinin yenidən Fransa parlamentinə təqdim olunmasını şərh edən E. Abdullayev bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan XİN-in mövqeyi həmişə aydın və çox konkret olub.

Mətbuat katibi bəyan edib ki, Fransada məlum layihənin yenidən müzakirəyə çıxarılması və qəbulu ATƏT-in Minsk Qrupunun həmsədri olan bu ölkəyə etimadın azalmasına səbəb olacaq: “Fransa həmsədr ölkələrdən biridir. Fransa ümumən regionla bütövlükdə və bölgə ölkələri ilə ayrı-ayrılıqda əməkdaşlıq edən və çox sıx təmasda olan bir dövlətdir. Ümidvaram ki, Fransada bu cür addımın atılmasına imkan verilməyəcək. Bu cür ədalətsiz qanunun qəbul edilməsi, yaxud müzakirə edilməsi Fransanın regionla əməkdaşlığına mənfi təsir göstərəcək. Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin qurbanıdır, torpaqlarımız işğal altındadır. Belə olan təqdirdə Fransada hansısa ədalətsiz qərarın, qanunun qəbul edilməsi təbii ki, Azərbaycan ictimaiyyətinin Fransanın həmsədr kimi rolunu mənfi qiymətləndirməsinə əsas yaradacaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133