Muəllif:

«Azadlıq” qəzetinin bank hesabına həbs qoyuldu

Yasamal Rayon Məhkəməsi “Azadlıq” qəzetinin bank hesabına həbs qoyub.
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bu qərarın Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla qəzet arasında olan məhkəmə çəkişməsi ilə əlaqədar olduğunu bildirmişdir.

Bu ərəfədə Tağı Əhmədov “Azadlıq” qəzetinə qarşı iddia qaldıraraq təkzib vermək və 200 min manat təzminat ödəməyi tələb etmişdi. Yasamal Rayon Məhkəməsi isə iddianı təmin edərək, qəzetin Tağı Əhmədova mənəvi zərər əvəzi olaraq 30 000 manat təzminat ödəməsi və “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıdakı bilgilərlə bağlı təkzib verməsi haqqında qərar qəbul edib. Lakin bu qərar icra olunmadığından məhkəmə qəzetin bank hesabına həbs qoyub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 81