Muəllif:

Arzu Kazımovun həbs müddəti uzadıldı

ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərlə bağlı tutulan iş adamı Arzu Kazımovun həbs müddəti uzadılıb. Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Ramiz Zeynalov məlumat verib. Onun sözlərinə görə, iş adamının həbs müddətinin uzadılmasına dair baş prokuror Zakir Qaralov təqdimat verib. Səbail rayon Məhkəməsində baş prokurorun təqdimatına baxılarkən Zakir Qaralovun təqdimatı təmin edilib və Arzu Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.
Ölkədə böyük ictimai-siyasi rezonans doğurmuş əməllərdə adı hallanan Arzu Kazımov ötən ilin noyabrında həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaqı gedən cinayət işi üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu CM 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır. Elşad Abdullayev isə yaydığı məlum videolarda onu ölkədə ağır cinayət əməlləri törədən, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayət dəstəsi ilə bağlı açar-fiqurlardan biri kimi təqdim edir. Belə görünür ki, istintaq hələlik işin bu aspektini nədənsə «görə bilmir», «görmək istəmir» və ya «görə bilməz».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217