Muəllif:

Arturas Jurauskas: «Bu dostluq qrupu Seymin və hökumətin mövqeyinə uyğun deyil»

Yetərincə aydın cavabdır: Litva parlamentinin hər bir üzvünün təşəbbüs irəli sürmək hüququ var, lakin buna baxmayaraq, Dağlıq Qarabağla dostluq qrupunun yaradılması təşəbbüsü Seymin və Litva hökumətinin mövqeyinə uyğun deyil. Litvanın Azərbaycan səfiri Arturas Jurauskas Seymdə Dağlıq Qarabağla bağlı dostluq qrupunun yaradılmasına dair irəli sürülən təşəbbüsə cavab olaraq belə deyib.

Bu cox xoşagəlməz hadisədir — dost bildiyimiz bir postsovet və eyni zamanda Avropa ölkəsinin deputatları separatçıların, cocuq qatillərinin, etnik təmizləmə kimi bir suçu törədənlərin yanında yer alıblar, onları özlərinə «dost» seciblər. Yəqin ki, bu deputatlar hər sözbaşı Avropa dəyərlərindən danışmağı xoşlayırlar. Onların bu dost «seçimi» də ola bilər onların nəzərində Avropa dəyərləri ilə həmahəngdir, nə biləsən.

Lakin biz isə onu da yaxşı bilirik ki, ermənilərlə bağlı bu kimi təşəbbüslər «elə-belə» deyildir. Yəni bu onun göstəricisidir ki, Vilnüsdəki Ermənistan səfirliyi və diaspor təşkilatı daha təcrübəlidir və «işləyə» bilirlər.
Bizim səfirlik və diaspor təşkilatı isə (əgər real olaraq varsa!) Litva cəmiyyəti ilə, siyasi partiyalarla, parlamentlə işləyə bilmirlər. Bu ölkə ilə parlamentlərarası əlaqələrimiz isə bərbad vəziyyətdədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155