Muəllif:

Arazam, Kürə bəndəm…

Tünzalə Ağayevanın yaradıcılığında yeniliklər var. Güney Azərbaycanda yaşayan soydaşlarımız haqqında mahnı yazır. Bu barədə açıqlama verən əməkdar artist konsert barədə düşündüyünü də deyib:
«Güney Azərbaycan mövzusunda silsilə mahnılar yazıram. Hətta albom buraxmaq fikrim də var. Mahnılarımda Güney Azərbaycanda yaşayan soydaşlarımızın yaşayış tərzini xüsusilə diqqətə çatdıracağam. Eyni zamanda musiqilərimdə bir-birimizdən ayrı qaldığımızı da göstərəcəyəm.
Yeni layihələrindən biri isə böyük şairimiz Rafiq Zəka Xəndanın «Arazam, Kürə bəndəm» bayatı tipində olan şeirinə mahnı yazmaqdır. Bu şeir onu çox mütəəssir edib. Deyir:
«Odur ki, o şeirə mahnı yazıb oxumaq istədim. Hazırda sözügedən musiqinin üzərində çalışırıq».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 413