Muəllif:

Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb

Dünən Şirvan Apellyasiya Məhkəməsi Sabirabad rayon məhkəməsinin qanunsuz silah saxlamaq ittihamı ilə (CM-in 228.1-ci maddəsi) həbs edilmiş «Kür» vətəndaş cəmiyyəti qərargahının fəalı İlham Əmiraslanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi haqqında 13 sentyabr tarixli qərarını qüvvədə saxlayıb.
Məhkəmə iclası Bakıda keçirilib və işin saxtalaşdırılmasına dair təkzibolunmaz dəlillərə baxmayaraq, qərar qəbul edilib, deyə vəkil Samir İsayev «Turan»a bildirib.
Hüquq müdafiəçisi və onun şahidləri məhkəmədə bir daha bildiriblər ki, silah onun üzərinə qəsdən atılıb, onu isə işgəncə altında etirafedici ifadələr verməyə məcbur ediblər. Həkimlər də Əmiraslanovun iki qabırğasının qırıldığını, qulaq pərdəsinin zədələndiyini təsdiq ediblər.
Yanvarın 22-də AŞPA hüquqi məsələlər və insan hüquqları üzrə Komitəsi Əmiraslanovu Azərbaycanın siyasi məhbusları siyahısına daxil edib. «Kür» qərargahının koordinatoru Oqtay Gülalıyev məhkəmənin qərarını «siyasi sifariş» adlandıraraq, qərargahın onun azad edilməsinə nail olacağını bildirib.
İlham Əmiraslanov 2010-cu il daşqınından ziyan çəkmiş vətəndaşların hüquqlarının prinsipial və ardıcıl müdafiəçisi kimi məşhurdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162