Muəllif:

AFFA “Neftçi”yə 33 200 manatlıq cərimə kəsdi

AFFA İntizam Komitəsinin toplantısında əsasən Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Neftçi” -“Qarabağ” matçında baş verən neqativ hallara baxılıb. Apasport.az saytının xəbərinə görə, hər 2 klub 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cəriməyə məruz qalıb. clası keçirilib. Qarşılaşmanın 21 və 25-ci dəqiqələrində “Qarabağ”, 16, 42 və 72-ci dəqiqələrində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələr, fişənglərin istifadəsinə və meydançaya atılmasına görə hər 2 klub daha 2000 manat ödəməli olacaq.

44-cü dəqiqədə İqor Mitreski (“Neftçi”) sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb. “Ağ-qaralar” bu səbəbdən daha 200 manat ziyana düşüb.

Azərbaycanın ən titullu klubuna böyük zərbəni isə məşqçiləri vurub. Qarşılaşmanın fasiləsində məşqçi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalanıb və komandasının 5000 manat cərimələnməsinə səbəb olub.

Mətbuat konfransında AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlədən baş məşqçi Böyükağa Hacıyevin cəzası daha ağır olub: 10 oyunluq cəza! Bu isə onun üçün mövsümün bitirdiyini göstərir. Hacıyev postundan qovulmasa, gələn çempionatın IV turunda meydanın kənarında görünəcək. Baş məşqçisinə görə klub 20000 manat cərimə edilib.

Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi “Neftçi” daha 5000 manat ziyana düşüb. Bununla, 1 oyuna görə olan cərimələrin ümumi məbləği 33200 manata çatıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 103