Muəllif:

AFFA 7 klubu cərimələyib

AFFA İntizam Komitəsi qərar qəbul edərək, aprelin 19-da Premyer Liqanın XXVII turunun «Kəpəz» — «Turan» matçında «Kəpəz» klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 1000 manat cərimə edib.
Aprelin 20-də Premyer Liqanın XXVII turunun «İnter» — «Simurq» matçında «Simurq» klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində «Simurq» klubunun 30 №-li futbolçusu Mario Boziç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Aprelin 21-də Premyer Liqanın XXVII turunun «Bakı» — «Qarabağ» matçında «Bakı» klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
«Neftçi» — «Qəbələ» oyununun 65-ci dəqiqəsində «Qəbələ» klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 66-cı dəqiqəsində «Neftçi» klubunun 9 №-li futbolçusu Flavio Aleks Valensio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqanın XXVII turunun «Xəzər Lənkəran» — «Sumqayıt» oyununun 86-cı dəqiqəsində «Sumqayıt» klubunun 6 №-li futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 90+2-ci dəqiqəsində «Xəzər Lənkəran» klubunun 11 №-li futbolçusu Dmitri Sialmas əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 74