Muəllif:

ADNA terror qurbanlarını anmadı, gənclərə isə polis imkan verməyib

Bu gün- 30 aprel 2009-cu ildə Gürcüstan sakini Fərda Qədirov ADNA binasına daxil olaraq, tapançadan atəş açıb, 12 nəfəri qətlə yetirdiyi və 13 nəfəri yaraladığı gündür. Lakin Neft Akademiyasının rəhbərliyi faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirməyib. Polis isə Neft Akademiyasında terror aktı qurbanlarının xatirəsini anım aksiyasının keçirilməsinə imkan verməyib.

Turan-ın xəbərinə görə, bu gün gücləndirilmiş polis dəstələri gənc fəalların Neft Akademiyasında kütləvi qətlin 4-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anım aksiyası keçirməsinə mane olub. Polis Akademiyanın qanlı faciə baş verən binasını mühasirəyə alıb və heç kimi oraya buraxmayıb. Polis əllərində gül olan gəncləri binadan uzaqlaşdırıb, AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanı isə saxlayıb.

Bir müddət sonra Milli Kiitabxananın qarşısında NİDA hərəkatının üzvü Turqut Qəmbər də saxlanılıb. Bu, polisin aksiya keçirmək üçün toplaşan 50-yə yaxın gənci dağıtmağa başlamasından sonra baş verib.

Gənclərdən ibarət daha bir qrup bu gün konsert keçiriləcək dənizkənarı bulvarda gül qoymağı bacarıb. Beləliklə, gənclər terror hadisəsinin ildönümü günü konsert keçirilməsinə etirazlarını bildiriblər.

Bəlli hadisə zamanı Qədirov özü intihar edib. Bu iş üzrə Qədirovun 4 həmyerlisi mühakimə edilib – onalrdan üçü ömürlük, biri isə 11 il həbs cəzası alıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115