Muəllif:

4 ay öncənin sorğusu nə göstərib?

Azərbaycanda əhalinin 92%-i hökumətə inanır. Bu barədə 2012-ci ilin sonuna Azərbaycan üzrə «Avropa Qonşuluğu Barometri» çərçivəsində keçirilən sorğuda bildirilir. Sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilib, deyə APA-nın yaydığı xəbərdə deyilir.

«Avropa Qonşuluğu Barometri» (ictimai rəyin və media-monitorinqin tədqiqatı) AB tərəfindən maliyyələşdirilən regional informasiya proqramının bir hissəsidir və qonşuluq siyasətinin, AB əməkdaşlıq tədbirləri və proqramlarının məlumatlandırma və qəbul etmə səviyyəsinin qiymətləndirilməsinə istiqamətlənib. Bu barədə martın 25-də Avropa Qonşuluğu İnformasiya Mərkəzinin yaydığı məlumata bildirilir.

Sorğuda iştirak edən azərbaycanlılar öz həyatlarından məmnundurlar (bu, region ölkələrindən daha çoxdur): rəyi soruşulanların 65%-i öz həyatlarından razıdırlar. Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksəkdir.

Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92%) və parlamentə (68%) inanır.

Rəyi soruşulanlar ölkələrinin inkişaf istiqamətindən də razıdırlar: 48% hesab edir ki, Azərbaycan düzgün istiqamətdə hərəkət edir və yalnız 17% bununla razılaşmır. İqtisadi əhval-ruhiyyə indeksi də yüksəkdir: rəyi soruşulanların 69%-i iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir, 60% isə ölkədə gedən demokratik proseslərin nəticələrindən razıdır.

Respondentlərin 53%-i hesab edir ki, Azərbaycan və AB arasında yaxşı əlaqələr formalaşıb. Bu nisbət orta hesabla Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Şərq regionu üzrə (müvafiq olaraq 45% və 29%) nisbətən daha yaxşı göstəricidir.

Rəyi soruşulan respondentlərin yalnız 37%-i AB öz ölkələri üçün strateji tərəfdaş olduğunu hesab edir, 51%-i isə əmindir ki, tərəflər arasında effektiv əməkdaşlıq üçün kifayət qədər ümumi dəyərlər var.

«Avropa Qonşuluğu Barometri»nin statistik məlumat və nəticələrinin nəşri 2012-ci il ərzində ölkələr üzrə Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin gedişi haqqında hesabatlar paketinin elanına uyğunlaşdırılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 81