Muəllif:

2 Azərbaycan vətəndaşını öldürən qatillər yaxalanıb

Leninqrad vilayətində soyğunçuluq və iki Azərbaycan vətəndaşlarının qətli ilə bağlı araşdırma yekunlaşıb.firstnews.ru saytına istinadən, 33 yaşlı Moldova vətəndaşı Oleq Olemski, 27 yaşlı Özbəkistan vətəndaşı Hikmətulla Tursunov və onun 25 yaşlı qardaşı İzzətullo Tursunov cinayəti törətməkdə şübhəli bilinirlər.

Ötən il fevralın 25-də O. Olemski və Tursunov qardaşları iki Azərbaycan vətəndaşını aldadaraq Leninqrad vilayətinin Kirişi şəhərində yerləşən “Mayak” qaraj kooperativinə çağırıblar. Orada onları öldürüb üstlərindəki 300 min rublu götürüblər. Sonra isə azərbaycanlıların meyitlərini onların öz avtomobilinin yük yerinə qoyub, yandırıblar.

Öldürülən şəxslər əlvan metalların alveri ilə məşğul olublar.

Ötən il yanvarın 12-də isə Olemski Tursunovların köməyi ilə Kirişidə yerləşən “Əbədi məşəl” kompleksinin yanında dəmiryol stansiyasına gedən kişini güdüb, sonradan ona pnevmatik tapança ilə hücum edərək, pullarını, noutbukunu və şəxsi əşyaları alıb.

Olemski və Tursunov qardaşları saxlanılıb. İş baxılması üçün məhkəməyə göndəriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126