Muəllif:

1/8 final çütlükləri bəlli oldu

UEFA Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşib.

Ötən gün Belarusun BATE komandasını məğlub edərək 1/8 finala vəsiqə qazanan və ölkəmizdə xeyli tərəfdarı olan Türkiyənin “Fənərbaxça” klubu Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq. Qeyd edək ki, Çexiya komandası bundan əvvəlki mərhələdə İtaliya “Napoli”sini mübarizədən kənarlaşdırıb.

Avropa Liqasının qrup mərhələsində “Neftçi”yə rəqib olmuş Milan “İnter”i isə “Tottenhem” ilə qarşılaşacaq. Rusiya çempionu, Azərbaycan millisinin üzvü Ruslan Abışovun çıxış etdiyi “Rubin” isə İspaniyanın “Levante” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Xatırladaq ki, yarışın qrup mərhələsində “Neftçi”yə rəqib olmuş Kazan klubu ötən gün Avropa Liqasının son qalibi “Atletiko”nu mübarizədən kənarlaşdırıb.

Digər Rusiya təmsilçilərinə gəlincə, “Anji” İngiltərənin “Nyukasl”, “Zenit” isə İsveçrə təmsilçisi “Bazel” ilə qarşılaşır. Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 7-də, cavab qarşılaşmaları 14-də keçiriləcək.

Avropa Liqası, 1/8 final

“Levante” (İspaniya) – “Rubin” (Rusiya)
“Bazel” (İsveçrə) – “Zenit” (Rusiya)
“Styaua” (Rumıniya) – “Çelsi” (İngiltərə)
“Viktoriya” (Çexiya) – “Fənərbaxça” (Türkiyə)
“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya)
“Ştutqart” (Almaniya) – “Lazio” (İtaliya)
“Benfika” (Portuqaliya) – “Bordo” (Fransa)
“Anji” (Rusiya) – “Nyukasl” (İngiltərə).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155