Muəllif:

Jurnalistlər «Qasid»ə qarşı etiraz aksiyası keçiriblər

Dekabrın 28-də «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin kollektivləri «Qasid» mətbuat yayımı firmasının Bakıdakı ofisi qarşısında piket keçirib. «Azadlıq» baş redaktorunun birinci müavini Rahim Hacıyev və köşə yazarı Şahvələd Çobanoğlu çıxış edərək aksiyanın məqsədi haqda danışıblar. Bildirilib ki, firma «Azadlıq»a olan 35 min manatlıq borcunu hələ də ödəmir, bu isə kollektivə ciddi maliyyə problemi yaradır.
Daha sonra «Qasid» Mətbuat Yayımının rəhbəri, Milli Məclisin deputatı Mirkazım Kazımov piket iştirakçılarını qəbul edərək, firmanın işlərinin tezliklə qaydasına düşəcəyini və qəzetlərə olan borcların hissə-hissə ödəniləcəyini vəd edib.
Xatırladaq ki, «Azadlıq» qəzeti sözügedən firmanın ona 30 min manatdan çox borcu olduğunu iddia edir. Qəzet bildirir k, bir neçə dəfə firmadan satılmış qəzetlərin pulunu tələb etsələr də, onlara pul verilməyib. Satış pullarını ala bilməyən qəzetlərə isə «Azərbaycan» nəşriyyatından çaplarının dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib.
Sentyabrın 3-də «Azadlıq» qəzetinə edilən xəbərdarlıqda qəzetin çap və kommunal xərclərə görə 35 min manat borcunun olduğu xatırladılıb və tez bir zamanda ödənilməsi istənilib. Bundan başqa «Yeni Müsavat» qəzeti də «Qasid»in onlara 10 min manatdan çox borclu olduğunu deyir. Bu səbəbdən də «Yeni Müsavat»ın nəşriyyata 8600 manat çap xərci borcu var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117