Muəllif:

Qadınların siyasi proseslərdə iştirakı zəifdir

Gerçəklik budur ki, qadınların siyasi proseslərdə iştirakı zəifdir. Bunu gücləndirməyin zəruriliyi başa düşülür və müvafiq iş aparılır. «Gəncə Regional Qadın Mərkəzi» İB və «Tomris» Analar Cəmiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Kaunterpart İnternəşnl Təşkilatının dəstəyi ilə «Qadınların siyasi iştirakçılığının gücləndirilməsi» layihəsini həyata keçirir. Gəncə Regional Qadın Mərkəzinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, layihədə məqsəd Gəncə şəhərində, Samux, Göygöl və Daşkəsən rayonlarında qadınların siyasi proseslərdə iştirakını gücləndirməkdir. Layihənin həyata keçirilməsi gələcəkdə maariflənmiş qadınların ictimai və siyasi həyatda liderliyini təmin etməyə, bütün seçkilərdə qadın namizədlərə dəstək verilməsinə kömək etməyə yönəlib. layihə çərçivəsində silsilə görüşlər, ictimai dinləmələr və dəyirmi masalar keçirilib.
Gəncə Regional Qadın Mərkəzinin ofisində də «Qadınların Siyasi İştirakçılığı: reallıq və perspektivlər» mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə iştirakçılara mövzu ilə bağlı geniş məlumat verilib. Dəyirmi masada əsasən QHT sahəsində çalışan aktiv gənclər iştirak ediblər. İştirakçılara layihə çərçivəsində çap olunmuş maarifləndirici bukletlər də paylanılıb. Qeyd edək ki, layihənin həyata keçirilməsi gələcəkdə maariflənmiş qadınların ictimai və siyasi həyatda liderliyini təmin etməyə, Azərbaycanda keçirilən bütün seçkilərdə qadın namizədlərə dəstək verməsinə kömək etməyə yönəlib.
Layihə çərçivəsində həm də Samuxda «Qadınların siyasi iştirakçılığına icmaların dəstəyi» adlı icma görüşü keçirilib. Tədbirdə layihənin koordinatoru Məleykə Əlizadə mövzu ilə bağlı təqdimatla çıxış edib. İcma görüşündə Samux icmasının aktiv qadınları iştirak ediblər. Qadınların siyasi iştirakçılığının gücləndirilməsi mövzusu icma qadınları tərəfindən geniş müzakirə olunub və qadınlar maraqlı təkliflərlə çıxış ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115