Muəllif:

İranda gizli TV şəbəkə aşkar edilib

İranda xarici peyk antenalarından yayımlanan və xarici xüsusi xidmət orqanlarına bağlı olan qanunsuz televiziya şəbəkəsi aşkar edilib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi  açıqlama verib. O bildirib ki, aşkar edilən TV şəbəkə Bəhai dini cərəyanın təbliğatı ilə məşğul olub: “ Qanunsuz fəaliyyət göstərən TV şəbəkədə islam dəyərlərinə və İran hökumətinin qanunlarına zidd proqramlar hazırlandığını aşkar etdik. Hüquq- mühafizə orqanlarının Tehranda 10 evdə apardığı əməliyyat nəticəsində televiziya şəbəkəsində çalışan 28 nəfər həbs edilib”.
Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151