Muəllif:

Güney Azərbaycanı Ermənistanla ticarətə qoşurlar

Tehranın göstərişi ilə Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin biznes çevrələri Ermənistanla fəal ticarətə qoşulmalıdır. Yaxın günlərdə Ermənistanın Armavir vilayətində Təbriz Ticarət Palatası və «Araz» Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyi açılacaq. APA-nın İran qaynaqlarına istinadən məlumatına görə, bu barədə «Araz» AİZ-in direktoru Sadiq Nəcəfi açıqlama verib.
Onun sözlərinə görə, yeni nümayəndəlik erməni tərəfini lazımi kommersiya informasiyaları ilə təmin edəcək və investisiya ilə bağlı məsləhətləşmələr həyata keçirəcək:
«İran-Ermənistan sərhədində yalnız bir sərhəd-keçid məntəqəsi var. Bu da Nurduz sərhəd-keçid məntəqəsidir və «Araz» AİZ-in ərazisində yerləşir. «Araz» AİZ-in fəaliyyətinin artırılması üçün hər iki ölkənin sahibkarlarına əlavə imtiyazlar veriləcək. Bu da iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə təsir göstərəcək».
Qeyd edək ki, ötən il İranla Ermənistan arasında ticarətin həcmi təxminən 300 mln. dollar olub. Bu il isə iki ölkə arasında ticarətin həcminin ən azı 40% artırılması planlaşdırılıb. Bundan başqa, Tehran Ermənistanla ticari dövriyyəni artırmaq üçün daha bir addım atdı. Belə ki, məlum sanksiyalardan dolayı ölkə daxilində qıtlıq yarandığı üçün Ermənistana bir çox malların göndərişi yasaq idi. Son günlərdə bu yasaq qaldırıldı.
Lakin Güneydə soydaşlarımız, belə görünür, bu xain planlara qarşı çıxacaqlar. Mollakratiya deyəsən odla oynamağının fərqində deyil. Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində dekabrın 27-də hökumətin Ermənistanla əlaqələrinə etiraz aksiyası bunu göstərir.
Marağalı soydaşlardan APA-ya daxil olan məlumata görə, Təbriz Ticarət Palatası və «Araz» Azad İqtisadi Zonasının (AİZ) Ermənistanın Armavir vilayətində nümayəndəlik açılmasına, Şərqi Azərbaycan vilayətinin Ermənistanla ticari və iqtisadi əlaqələrinə etiraz edən azərbaycanlılar Marağa şəhərinin Müsəllim meydanına toplaşıblar. «Haray, haray mən türkəm!», Qarabağ bizimdir, bizim olacaq!» kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Şərqi Azərbaycan valiliyindən Ermənistanla bütün əlaqələrin kəsilməsini tələb ediblər. Nümayişçilərə hücum edən polis qüvvələri aksiyanı dağıtmağa çalışıb. Sıralarında tanınmış azərbaycanlı fəal hüccətül-islam Əbduləziz Əzimi-Qədim də olmaqla, bir neçə nümayişçi həbs edilib. Onların hara aparıldığı bilinmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 111