Muəllif:

Ermənistanda doğuş səviyyəsi iki dəfə aşağı düşüb

Ermənistan hökuməti demoqrafik vəziyyətin yaxşılaşdırmaq üzərində düşünür və müvafiq dövlət proqramı qəbul etməyə hazırlaşır. Qeyd edilir ki, son 23 ildə bu neqativ tendensiya davam edib və Ermənistanda doğum səviyyəsi iki dəfə aşağı düşüb. 1990-cı ildə ölkədə 79822 doğuş faktı qeydə alınıbsa, 2010-cu ildə bu rəqəm 44825 təşkil edib.
Ermənistan hökuməti bunu nikahların sayının azalması ilə izah edir. Əgər 1990-cı ildə ölkə üzrə 28233 nikah bağlanıbsa, 2000-ci ildə bu rəqəm 10986 olub, daha sonra artaraq 2011-ci ildə 19706-ya çatıb. Dövlət proqramında ölkədə əhalinin artımını təmin etmək məqsədilə ailədə ikinci və üçüncü övladın olmasına görə maddi yardım göstərilməsi, ana və uşaq ölümünün səviyyəsinin aşağı salınması, nikahın stimullaşdırılması, miqrasiya prosesinin nizamlanması nəzərdə tutulur.
“Alternativ” Tədqiqat Mərkəzinin rəhbəri Tatul Manaseryan bildirib ki, son illər gənclər arasında işsizlik səviyyəsinin yüksək olması ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, ölkədə ayrı-ayrı yaş qruplarında işsizlik 60 faizə çatıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 110