Muəllif:

Emin «Krokus Siti Holl»da oxuyacaq

Dekabrın 11-də «Krokus Siti Holl»un konsert zalında tanınmış ifaçı Emin Ağalarovun konserti keçiriləcək. Sənətçinin mətbuat xidməti bildirib ki, öz doğum günü ərəfəsində Emin Ağalarov simli alətlər orkestrinin müşayiəti ilə «After The Thunder» albomundan olan ən yaxşı sinqlları, çox sevilən hitlərini, yeni və o cümlədən, rus dilində daha əvvəl səslənməmiş mahnılarını ifa edəcək.

«Bu, mənim «Krokus Siti Holl»da ilk solo konsertimdir. Bu ideya Bakıda son konsertim əsnasında yaranıb. Mən həmişə musiqiçilərlə canlı ifa edirəm, ancaq o dəfə səhnədə əlavə 15 skripka aləti var idi. Hər şey əla alındı və mən Moskva konsertini yerli qrupumla və tez-tez Londonda işlədiyim ingilis musiqiçilər ilə birlikdə etməyi istədim. Ümid edirəm, hamı üçün maraqlı olacaq».

Qeyd edək ki, Eminin «Baby Get Higher» debüt sinqlı artıq 6 həftədir Amerika çartlarını fəth edir. Hazırda sinql «Billboard»un «TOP-20″sində 13-cü yerdədir.

2013-cü ilin fevralında Iron Maiden, Aerosmith və Led Zeppelinlə işləri ilə tanınan əfsanəvi musiqi prodüseri Kevin Şirley ilə növbəti plastinkanın yazılması planlaşdırılıb.

Xatırladaq ki, «After The Thunder» albomunun relizi dünyada aparıcı brend olan EMİ rekod-leyblının dəstəyi ilə Böyük Britaniyada, Rusiyada və digər MDB ölkələrində mümkün olmuşdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 271