Muəllif:

Bengü Bakıya gəlir

Məşhur Türk mahnı ifaçısı Bengü Brilyant Dadaşovanın TMB kanalında yayımlanan «Pırlantalı Geceler» proqramına qonaq olacaq. Bu həftə Bakıya gələrək canlı yayıma qatılacaq. Bengü son albomundan mahnıları canlı olaraq onun heyranları üçün səsləndirəcək. Rusiya, Özbəkistan və Türkmənistan kimi ölkələrdə də yayımlanan proqramın digər qonağı isə astroloq Rezzan Kiraz olacaq.
Əlavə edək ki, Bengü Erden (1979, İzmir) sıradan bir mahnı ifaçısı deyildir. Onu Türkiyədə çox sevirlər. 2000-2005-ci illərdə çox sevilən albomlar çıxardı, ifaları hitə çevrildi. 2007-ci ildə isə Taktik albomunda yer alan «Korkma Kalbim» mahnısıyla prestijli «Dijital Ödül»ə layiq görülüb. Bu albom o il ən çox satılan 3-cü albom idi.
2009-cu ildə onun «İki Mələk» albomu 135.000 nüsxə satılmış ve İstanbul FM-dən «İlin Ən Yaxşı Pop Qadın Sənətçisi» ödülünü, «Siyaset Dergisi»ndən isə «İlin Mahnı ifaçısı» ödülünü almışdı.
Onun mahnıları bir qayda olaraq böyük populyarlıq qazanır. Məsələn, «Aşkım» mahnısının Youtube-da 6.500.000-dən çox «tıklanma»sı var. Bu mahnı Google Zeitgeis məlumatlarına görə, ötən ilin ən çox aranan mahnısı olmuşdur. Bu günədək 6 albomu və 7 sinqlı yayımlamış, bir çox mükafatlara sahiblənmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 396