Muəllif:

Bakı Ali Neft Məktəbi ilə «Statoil — Azərbaycan» əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi ilə «Statoil — Azərbaycan» əməkdaşlıq edəcək. Bu barədə müvafiq protokol imzalandı. Dekabrın 14-də Bakı Ali Neft Məkətəbində bu Məktəbin rektoru Elmar Qasımov və «Statoil-Azərbaycan» şirkətinin prezidenti Lars Troen Sorensen birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə Bakı Ali Neft Məktəbi və «Statoil-Azərbaycan» şirkəti arasında «Əməkdaşlıq Protokolu» imzalamışlar. İmzalanma mərasimində Norveç Krallığının Azərbaycan səfiri Erling Şonsberqin və digər qonaqlar iştirak etmişlər.
Bakı Ali Neft Məktəbindən bildirilir ki, «Əməkdaşlıq protokolunda «Statoil-Azərbaycan» şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi ilə Norveçin elm və təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Bakı Ali Neft Məktəbi əməkdaşlarının Norveç Krallığına, Norveç ali təhsil müəssisələrinin mütəxəssislərinin Bakı Ali Neft Məktəbinə səfərlərinin təşkili, «Statoil-Azərbaycan» şirkətinin yüksək təcrübəyə malik əməkdaşlarının BANM-in tələbələri qarşısında mühazirələr oxuması, müxtəlif istiqamətlərdə treyninqlər keçirilməsi, BANM-in kadr potensialının inkişaf etdirilməsi məqsədi ilə Norveçin müxtəlif universitetlərində doktorantura təhsilinin təşkil olunması, BANM tələbələrinin «Statoil» Şirkətinin Azərbaycanda və xaricdə fəaliyyət göstərən müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılması, BANM tələbələrinin və mütəxəssislərinin «Statoil-Azərbaycan» şirkətinin korporativ tədbirlərində iştirakının təmin edilməsi, internet vasitəsilə bilik və texnologiyaların BANM-ə transfer edilməsi imkanlarının yaradılması və BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələlərinə dəstək verilməsi öz əksini tapmışdır.
Səfir Erling Şonsberqin qeyd etmişdir ki, dinamik inkişaf edən Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirəlayiq haldır. O bildirmişdir ki, «Statoil-Azərbaycan» Şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Norveç Krallıği ilə Azərbaycan Respublikası arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdırlar.
«Statoil — Azərbaycan» şirkətinin prezidenti Lars Troen Sorensen çıxış edərək bildirmişdir ki, «Statoil — Azərbaycan» şirkəti Azərbaycan torpağındakı fəaliyyətinin 20 illiyi münasibəti ilə bir sıra təbrilər həyata keçirmişlər. Bu tədbirlər Azərbaycanın bir sıra universitetləri ilə əməkdaşlıq əsasında gənc azərbaycanlı tələbələrin təhsilinə həsr olunmuşdur. O, «Statoil — Azərbaycan» şirkəti olaraq, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa cəlb olunduqlarından məmnunluq hiss keçirdiyini qeyd edərək bildirmişdir ki, bu əməkdaşlıq çərçivəsində «Statoil — Azərbaycan» şirkəti Azərbaycanın neft və qaz sənayesinin inkişafına öz töhvəsini verəcək və bu sahədə Azərbaycanın insan resurlarını gücləndirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 2,00 из 10)
Oxunma sayı: 638